Tramp Çin lideri ilə görüşdə əsas müzakirə mövzusunu açıqlayıb

Tramp Çin lideri ilə görüşdə əsas müzakirə mövzusunu açıqlayıb

Tarix: 24 Sep 2026 15:45

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdə süni intellekt və “super intellekt” məsələsinin əsas müzakirə mövzularından biri olacağını bildirib.

APA xəbər verir ki, Tramp bunu özünün “Truth Social” hesabında yazıb.

“Çin lideri Si Cinpinlə görüşümüzdə super intellekt (SI) əsas müzakirə mövzularından biri olacaq. Lakin mən onun hazırkı vəziyyətdə qalmasını istəyirəm və Çin də bu mövqedədir. Bu sahədə bizim əsas nəzarət mexanizmimiz Ədliyyə Nazirliyidir”, – Tramp qeyd edib.

İlqar Xudiyev Tramp Si ABŞ Çin süni intellekt

Mənbə: apa.az

Xəbər Lenti