Saatlıda 19 yaşlı gənc Araz çayında batıb

Tarix: 18 Jun 2024 18:37

Saatlıda 19 yaşlı gənc Araz çayında batıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayının Seyidlər kəndi ərazisində baş verib.

Seyidlər kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən boğulub. Onun meyiti yaxınları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti