Hərbçilərinin əməkhaqlarının artırılması üçün 550 milyon manatadək vəsait ayrılacaq

Hərbçilərinin əməkhaqlarının artırılması üçün 550 milyon manatadək vəsait ayrılacaq

Tarix: 25 Sep 2026 11:44

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqlarının artırılması üçün 550 milyon manatadək vəsait ayrılacaq.

APA-nın xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev bildirib.

“Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq”, - deyə komitə sədri qeyd edib.

Firuzə Vahid Hərbçilər əməkhaqqı

Mənbə: apa.az

Xəbər Lenti