Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Tarix: 25 Sep 2026 17:17

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov özünüməşğulluq proqramı çərçivəsində Qusar rayon sakinləri Mustafayev Samin Oruc oğlu və Davudova Səyyarə Sadulla qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Nazirlikdən APA-ya verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Mustafayev üçün avtoelektrik xidmətləri, S.Davudova üçün isə maldarlıq istiqaməti üzrə təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda 1311 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

ƏƏSMN özünüməşğulluq proqramı
Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub
Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Mənbə: apa.az

Xəbər Lenti