Cümə, 25 Sentyabr, 2026
Tarix: 25 Sep 2026 18:16
“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə göpə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edilib. Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaradıb, təlim iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
“Birliyin Gücü - 2026” təlim konsert proqramı



Mənbə: apa.az