Almaniya Münheni 2036-cı il Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd göstərib

Almaniya Münheni 2036-cı il Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd göstərib

Tarix: 26 Sep 2026 21:04

Almaniya 2036, 2040 və ya 2044-cü illərdə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün Münhen şəhərini ölkənin namizədi kimi irəli sürüb.

APA xəbər verir ki, bu bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.

O, qərarın Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) Baden-Badendə keçirilən gizli səsverməsinin nəticələrinə əsasən qəbul edildiyini bildirib.

Səsvermə zamanı DOSB üzvləri Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhəri müəyyənləşdiriblər.

Qeyd edək ki, Almaniya sonuncu dəfə Yay Olimpiya Oyunlarına 1972-ci ildə ev sahibliyi edib. Həmin vaxt yarışlar da Münhen şəhərində keçirilib.

Almaniya Münhen

Mənbə: apa.az

Xəbər Lenti