"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

Tarix: 28 Sep 2026 10:58

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, plana əsasən, hərbi texnikanın və şəxsi heyətin sürətlə keçməsini təmin etmək məqsədilə yarğanlar və xəndəklər üzərindən panton körpülərin qurulması, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, həmçinin digər mühəndis tapşırıqları icra edilib. Qarşıya qoyulan tapşırıqların icrası zamanı təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

"Birliyin Gücü – 2026” təlimi mühəndis bölmələri

Mənbə: apa.az

Xəbər Lenti