ADY: Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb

Tarix: 20 Jun 2024 11:53

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb.

Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.

Xəbər Lenti