Ayxan Hacızadə: Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlının nəşinin gətirilməsi üçün yardım göstərilir

Ayxan Hacızadə: Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlının nəşinin gətirilməsi üçün yardım göstərilir

Tarix: 28 Sep 2026 12:43

"Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti