Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 12:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32440 uşağa xidmətlər göstərilib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19560 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bildirilib ki, bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Günay Elşən ƏƏSMN Sosial Xidmətlər Agentliyi reabilitasiyaMənbə: apa.az