Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 17:57
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Orient express – Vyanadan Bakıya” adlı konsert proqramı təqdim olunub.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Avstriyalı dirijor, bəstəkar və aranjimançı Markus Geiselhartın rəhbərliyi və Estrada-simfonik orkestrinin müşayiəti ilə gerçəkləşən konsertdə müasir orkestr cazı, improvizasiya və milli musiqi çalarları bir araya gətirilib
Gecədə M.Geiselhartın əsərləri ilə yanaşı, Rafiq Babayev, Rauf Hacıyev və digər Azərbaycan bəstəkarlarının, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə Azad Quliyev (solo alt saksofon, Əməkdar artist), Firudin Həmidov (solo trumpet), Atabəy İsmayılov (solo tar), Hakim Abdullayev (solo zurna və tütək), Afşin Əlizadə, Elbəy Məmmədzadə və Əli Cəfərzadə (solo fortepiano) və Fəxri Kazım-Nicat (vokal) çıxış ediblər.
İlkin Naib Heydər Əliyev Fondu Avstriya Mədəniyyət Nazirliyi




Mənbə: apa.az