“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - VİDEO

“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - VİDEO

Tarix: 28 Sep 2026 21:53

Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri “Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Qızılqaya" Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.

Təlimin planına uyğun olaraq kiberəməliyyat qrupu qanunsuz silahlı qruplaşmaların kiberhücumlarının qarşısının alınması və bölmələrimizin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması üzrə tapşırıqları yerinə yetiriblər.

Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislər təlimin gedişində bölmələrin taktiki fəaliyyətini dəstəkləmək üçün kibertəhlükəsizlik tədbirlərini yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdiriblər.

“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - VİDEO
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti