ADY bayram günlərində 53 mindən çox sərnişini təhlükəsiz daşıyıb

Tarix: 20.06.2024 15:16

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 53 mindən çox sərnişini təhlükəsiz daşıyıb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında qeydə alınıb.

Bu il bayram günləri münasibətilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmədiyindən sərnişin sayı ötən ilə nisbətən az olub.

Xəbər Lenti