Elnur Soltanov: İstixana qazlarının çoxunu istehsal edən, buna görə məsuliyyət daşıyan ölkələr var

Tarix: 20 Jun 2024 16:21

İstixana qazlarının çoxunu istehsal edən və buna görə məsuliyyət daşıyan ölkələr var.

APA xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı çərçivəsində təşkil olunan panel müzakirəsində deyib.

"İronik hal da odur ki, sahib olduqları iqtisadi modellər ilə bu qədər istixana qazı istehsal edən ölkələr inkişaf edərək, həm də istixana qazlarının azalmasının qarşısını almaq üçün vasitələr əldə ediblər. Bu paradoksdur", - deyə əlavə edib.

Nazir müavini onu da bildirib ki, hər bir ölkə addım atarkən eyni zamanda öz milli maraqlarını rəhbər tutur:

"Vəziyyət həqiqətən pisdir, bir növ faciəlidir. Ancaq iqlim dəyişikliyi ilə mübarizədə həll yolu bazar prosesidir. Bazar prosesini gətirməyincə, iqlim böhranının həlli yoxdur. Əgər 19-cu əsrdə dünya kömürdən daha az çirkləndirici olan neftə keçibsə, bu, dünya ölkələrinin bir araya gələrək siyasi qərar qəbul etdiyi üçün deyil, bazar prosesi ilə bağlıdır".

Xəbər Lenti