Çərşənbə, 30 Sentyabr, 2026
Tarix: 29 Sep 2026 11:49
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 9 min şəxsi 376 min reabilitasiya vasitəsi ilə təmin edib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, qeyd olunan reabilitasiya vasitələrindən 1599-u təkərli oturacaq (o cümlədən 27-si mühərrikli təkərli oturacaq), 1230-u aşağı və yuxarı ətraf protezi, 1896-sı əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
"Həmçinin əlilliyi olan şəxslərə 5385 cüt protez və ortopedik ayaqqabı, 1413 eşitmə aparatı, 152 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub",- məlumatda qeyd edilib.
Günay Elşən Əlil ƏƏSMN reabilitasiyaMənbə: apa.az