8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib

8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib

Tarix: 30 Sep 2026 11:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində 66 milyon xidmət göstərilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.

Bildirilib ki, dövlət tibb müəssisələrinə 8 ayda 4,4 milyondan çox şəxs 17,7 milyon müraciət edib. Onlardan 1,4 milyona yaxını uşaqlar olub. 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb.

Gülcahan İmanqızı ƏƏSMN sığorta

Mənbə: apa.az

Xəbər Lenti