Əməkhaqqı artırılan müəllimlərin sayının 55 minə çatması proqnozladırılır

Tarix: 21.06.2024 11:20

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikasiya prosesindən uğurla keçib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, imtahanı uğurla keçənlər keçməyən müəllimlərin ümumi sayından dəfələrlə çoxdur:

"Sertikatlaşdırmadan 51+ bal toplayan müəllimlərimizin sayı da uğurlu nəticə göstərməyən müəllimlərimizin sayından çoxdur".

"Bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35.000 çox müəllimin əməkhaqqı artırılıb. Bu tədris ilindən əməkhaqqı artırılan müəllimlərin sayının 55.000-ə çatması proqnozladırılır", - deyə Eşqi Bağırov qeyd edib.

Xəbər Lenti