ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən ADEX 2026 sərgisində iştirak ediblər

ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən ADEX 2026 sərgisində iştirak ediblər

Tarix: 30 Sep 2026 20:18

ABŞ-ın müdafiə sənayesi şirkətləri Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib.

APA xəbər verir ki, bu il keçirilən ADEX sərgisi ABŞ-ın xüsusilə geniş iştirakı ilə diqqət çəkir.

Sərgidə, ilk dəfə iştirak edən ABŞ müdafiə sənayesi şirkətləri ilə yanaşı, “Lockheed Martin”, “Northrop Grumman”, Ondas, “SIG SAUER”, Vantor, “Persistent Systems”, Motorola, L3Harris, “Curtiss-Wright” və “Space Eyes” kimi ABŞ şirkətləri də təmsil olunur.

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon da sərgidə müdafiə və təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.

Qeyd edək ki, Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində ABŞ və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir.

Mənbə: apa.az

Xəbər Lenti