NİİM yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib - YENİLƏNİB

Tarix: 22 Jun 2024 08:38

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən mlumata görə yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

***

7:07

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən mlumata görə eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Xəbər Lenti