Cümə, 2 Oktyabr, 2026
Tarix: 02 Oct 2026 00:46
Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir və layihəni perspektivli hesab edir.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu qeyd edib.
“Biz Azərbaycan Prezidenti İlham Əliyevlə təmasdayıq, heç bir problem yoxdur. Bakı bu layihənin reallaşdırılmasına razıdır və onu perspektivli hesab edir”, – Rusiya Prezidenti vurğulayıb.
Fərid Əkbərov Azərbaycan Rusiya Şimal-Cənub Vladimir Putin
Mənbə: apa.az