Lionel Messi İspaniyanın “Eldense” klubunu alıb

Lionel Messi İspaniyanın “Eldense” klubunu alıb

Tarix: 02 Oct 2026 05:31

Səkkizqat “Qızıl top” mükafatçısı, argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” futbol klubunun sahibi olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sövdələşmə İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.

“Marca” qəzeti hələ sentyabrda Messinin “Eldense”ni almaq barədə razılığa gəldiyini yazmışdı. Nəşrin məlumatına görə, biznes layihəsi argentinalı futbolçunun futboldakı irsini bu sahəyə investisiya etmək istəyi ilə əlaqədardır.

İspaniya çempionatının gücünə görə ikinci divizionunda çıxış edən “Eldense” klubu Alikante əyalətində, Kataloniya yaxınlığında yerləşir. Messinin peşəkar karyerasını başa vurduqdan sonra həmin bölgədə yaşamağı planlaşdırdığı bildirilir.

“Eldense” Messinin 2026-cı ildə aldığı ikinci klubdur. O, apreldə Kataloniyada yerləşən “Kornelya” klubunun sahibi olub.

Lionel Messi Eldense İspaniya futbol

Mənbə: apa.az

Xəbər Lenti