Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Tarix: 02 Oct 2026 08:43

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

APA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.

Mənbə: apa.az

Xəbər Lenti