Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 08 Dec 2023 22:09
Dekabrın 8-də Astara stansiyasından 45 kilometr cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yerli vaxtla saat 21:00-da qeydə alınan zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.
Ocağı 11 kilometr dərinlikdə yerləşən yeraltı təkan zəlzələ hiss edilməyib.
Mənbə: qafqazinfo.az