Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub

Tarix: 22.06.2024 17:59

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.

MN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.