Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Tarix: 02 Oct 2026 18:04

Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər.

“APA-Economics” xəbər verir ki, bu məsələ maliyyə nazirinin birinci müavini Anar Kərimovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Bildirilib ki, “Regional Yollar və İnkişaf” layihəsi cari ilin martında başa çatıb. Yol sektorunda əməkdaşlığın davamı olaraq hazırda M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinin hazırlanması, həmçinin Dünya Bankı tərəfindən bu layihəyə kredit və texniki yardımın göstərilməsi istiqamətində işlər aparılır.

Görüşdə, həmçinin Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” – FINGROW layihəsi üzrə hazırlıq işləri müzakirə edilib. Layihə çərçivəsində qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Dünya Bankı tərəfi maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərə maliyyə və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Rahim Tarıverdiyev Dünya Bankı Biləsuvar–Astara yolu kredit maliyyə Maliyyə Nazirliyi Anar Kərimov

Mənbə: apa.az

Xəbər Lenti