UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

Tarix: 03 Oct 2026 00:43

Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Vinçenzo Montellanın baş məşqçisi olduğu kollektiv A Liqasının 1-ci qrupunun III turunda səfərdə Belçika ilə qarşılaşıb. Görüş Lyej şəhərindəki “Moris Düfren” stadionunda keçirilib və Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

UEFA Millətlər Liqası A Liqası, 1-ci qrup, III tur

22:45. Belçika – Türkiyə 3:0

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti