, 18 Yanvar, 2026
Tarix: 23 Jun 2024 11:19
Göyçay rayonunun Potu kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma məntəqəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, ərzaq mağazası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.