, 18 Yanvar, 2026
Tarix: 23 Jun 2024 19:23
Bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
5 nəfər (qadın cinsli) xəsarət alıb.
Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.