Şənbə, 3 Oktyabr, 2026
Tarix: 03 Oct 2026 18:45
Moskva vilayətinin Sergiyev-Posad şəhərində Krasnozavodsk Kimya Zavodunda yanğın baş verib.
APA-nın Moskva bürosu xəbər verir ki, yanğın nəticəsində beş nəfər ölüb.
Sergiev Posad Şəhər Dairəsinin rəhbəri vəzifəsini icra edən Aleksey Lujetski bildirib ki, onların meyitləri dağıntıların təmizlənməsi zamanı aşkar edilib.
Zavodda yanğının aradan qaldırılması işləri başa çatıb.
Fərid Əkbərov Moskva vilayəti Sergiyev-Posad şəhəri Krasnozavodsk Kimya Zavodu yanğın
Mənbə: apa.az