Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 09 Dec 2023 00:13
Bu gün Türkiyə Superliqasında 15-ci tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “Qalatasaray”ın qonağı olub.
Şahruddinin 90 dəqiqə meydanda olduğu matç İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qalatasaray” - “Adana Demirspor” - 3:1 Qollar: Boe, 22 (1:0), Aktürkoğlu 28 (2:0), Nianq, 45+4-pen. (2:1), İkardi, 90+4-pen. (3:1)
Mənbə: qafqazinfo.az