Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 15:03
ABŞ millisinin futbolçusu Cavan Sullivan tarixi rekorda imza atıb.
APA BBC-yə istinadən xəbər verir ki, 17 yaşı olan futbolçu Meksikaya qarşı yoldaşlıq oyununda fərqlənərək ABŞ millisində qol vuran ən gənc oyunçu olub.
Sullivan 62-ci dəqiqədə rəqib qapıçının səhvindən istifadə edib. O, topu uzaq məsafədən qapıçının üzərindən aşıraraq komandasının ikinci qolunu vurub.
ABŞ millisi qarşılaşmada Meksikaya 3:0 hesabı ilə qalib gəlib. Digər qolları Culian Holl və Malik Tillman vurublar. Meksikalı Luis Çaves isə 68-ci dəqiqədə qırmızı vərəqə alıb.
Hazırda “Philadelphia Union”da çıxış edən Sullivanın növbəti mövsüm “Manchester City”yə keçəcək.
Cavan Sullivan ABŞ millisi Meksika Manchester City Philadelphia Union futbol rekord
Mənbə: apa.az