Dünya çempionatına aparılmayan hücumçu Şotlandiyanın ümidinə çevrilib

Dünya çempionatına aparılmayan hücumçu Şotlandiyanın ümidinə çevrilib

Tarix: 04 Oct 2026 17:37

Şotlandiya millisinin hücumçusu Kieron Boui Dünya çempionatı üçün heyətə çağırılmamasından sonra yığmada özünü göstərmək üçün yeni fürsət qazanıb.

APA BBC-yə istinadən xəbər verir ki, baş məşqçi Stiv Klark mayın 19-da Dünya çempionatı üçün heyəti açıqlayarkən Bouini siyahıya daxil etməyib.

Hücumçu həmin vaxt İtaliya A Seriyasında çıxış edən “Hellas Verona”nın heyətində qol vurmasına baxmayaraq, seçimdən kənarda qalıb. Şotlandiya millisinin Dünya çempionatındakı hücum xətti də gözləntiləri doğrultmayıb.

Boui bildirib ki, heyətə düşmədiyini Klarkın ona göndərdiyi mesajdan öyrənib. Futbolçu bundan sonra ailəsi ilə vaxt keçirib və bir həftəlik Portuqaliyaya istirahətə gedib.

İndi isə Boui Şotlandiya millisində şans qazanıb. Şimali Makedoniya ilə görüşdə 2:0 hesablı qələbə qazanan komandanın heyətində onun çıxışı diqqət çəkib.

Kieron Boui Şotlandiya Şimali Makedoniya Stiv Klark Dünya çempionatı Hellas Verona futbol Şotlandiya millisi BBC Sport

Mənbə: apa.az

Xəbər Lenti