Əhməd Yusifov dünya çempionu olub - YENİLƏNİB-3

Əhməd Yusifov dünya çempionu olub - YENİLƏNİB-3

Tarix: 04 Oct 2026 19:06

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində dünya çempionu olub.

Apasport.az xəbər verir ki, 1/16 finaldan mübarizəyə başlayan cüdoçumuz Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovu da üstələyən Yusifov dünya çempionluğuna sahib çıxıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

***

16:55

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.

Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib. O, 1/8 finalda hindistanlı Harş Sinhi üstələyib və adını 1/4 finala yazdırıb. Təmsilçimiz bu mərhələdə rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Yusifov yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Veyi məğlub edib. Bununla da Əhməd finala vəsiqə qazanıb.

Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb. Lakin o, 1/8 finalda mübarizəni dayandırıb. Təmsilçimiz ABŞ idmançısı Conatan Yanqla bacarmayıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

***

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.

Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.

Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

Əhməd Yusifov dünya çempionu olub - YENİLƏNİB-3

Mənbə: apa.az

Xəbər Lenti