Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 19:03
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib.
8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saat 17:00-da başlayıb.
Görüşün taleyini 1 qol həll edib. Abdulla Xaybullayevin 25-ci dəqiqədə vurduğu qol yığmamıza minimalhesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 5 xalla ilk pillədə qərarlaşıb. Litva isə 4 xalla ikinci sıradadır.
UEFA Millətlər Liqası IV tur
4 oktyabr
17:00. Azərbaycan – Litva 1:0
8-ci km qəsəbə stadionu.
Azərbaycan millisi Azərbaycan-Litva UEFA Millətlər Liqası Millətlər Liqası futbol Ayxan Abbasov Abdulla Xaybullayev Azərbaycan futbolu milli komanda D Liqası Litva millisi 8-ci km stadionu Azərbaycan qələbəsiMənbə: apa.az