Yəmən hökuməti husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib

Yəmən hökuməti husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib

Tarix: 04 Oct 2026 19:54

Yəmən hökuməti İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi televiziya ilə çıxışında açıqlayıb.

Əl-Əlimi əməliyyatların məqsədinin husilərin nəzarətində qalan əraziləri geri almaq və dövlət hakimiyyətini bütün ölkə ərazisində bərpa etmək olduğunu bildirib. O, gərginliyin azaldılması üçün bütün imkanların tükəndiyini qeyd edib.

Yəmən lideri silahlı qüvvələrə və təhlükəsizlik strukturlarına təsdiqlənmiş plan üzrə hərbi tapşırıqların icrasına başlamaq əmri verib.

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanının hava əməliyyatlarına, Yəmən hökumət qüvvələrinin isə quruda döyüşlərə rəhbərlik edəcəyi gözlənilir. ABŞ Ər-Riyada kəşfiyyat dəstəyi göstərir.

Bu arada husilər Ər-Riyad və Xurays bölgəsində “Saudi Aramco” obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildiriblər. Səudiyyə Ərəbistanı bu iddianı hələ təsdiqləməyib.

Son həftələr husilər strateji əhəmiyyətli Bab əl-Məndəb boğazında mövqelərini gücləndirib və Taiz yaxınlığında irəliləyiblər.

Yəmən husilər Rəşad əl-Əlimi Səudiyyə Ərəbistanı İran Bab əl-Məndəb Taiz hərbi əməliyyat Yəmən müharibəsi Saudi Aramco

Mənbə: apa.az

Xəbər Lenti