QHT sədri: İşğal dövründə Azərbaycanın suveren ərazilərində bioloji müxtəlifliyə xeyli zərər dəyib

QHT sədri: İşğal dövründə Azərbaycanın suveren ərazilərində bioloji müxtəlifliyə xeyli zərər dəyib

Tarix: 05 Oct 2026 15:58

İşğal dövründə Azərbaycanın suveren ərazilərində ekologiyaya və bioloji müxtəlifliyə xeyli zərər dəyib.

APA xəbər verir ki, bunu “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində bildirib.

O qeyd edib ki, işğal dövründə təxminən 8 900 hektar meşə sahəsi itirilib, ayrıca 50 min hektardan çox meşə ərazisi məhv edilib: “Nadir Şərq çinarları, o cümlədən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisindəki ağaclar məhv edilib, qorunan təbiət ərazilərinə ziyan dəyib. Həmçinin 1995–2015-ci illərdə təxminən 54 544 hektar kənd təsərrüfatı torpağı məhsuldar istifadədən çıxıb. Eyni zamanda, işğal dövründə suvarma infrastrukturu da dağıdılıb. İşğal dövründə Sərsəng su anbarının lazımi səviyyədə idarə olunmaması və suyun istifadə rejiminin dəyişdirilməsi ətraf rayonların əhalisi və kənd təsərrüfatı üçün suya çıxış imkanlarını məhdudlaşdırıb”.

Günay Elşən

Mənbə: apa.az

Xəbər Lenti