QHT rəhbəri: Metsamor Atom Elektrik Stansiyası bağlanmalıdır

QHT rəhbəri: Metsamor Atom Elektrik Stansiyası bağlanmalıdır

Tarix: 05 Oct 2026 15:52

"Metsamor Atom Elektrik Stansiyası bağlanmalıdır".

APA xəbər verir ki, bunu Rüzgar İctimai Birliyinin sədri İslam Mustafayev "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində bildirib.

O bildirib ki, Metsamor Atom Elektrik Stansiyasının 1980-ci ildən istismarda olan ikinci enerji bloku avadanlıqların köhnəlməsi və istismar müddətinin bir neçə dəfə uzadılması səbəbindən potensial ekoloji risk olaraq qalır: “İlkin layihə istismar müddəti başa çatdıqdan sonra blokun fəaliyyəti əvvəlcə 2026-cı ilədək uzadılmış, daha sonra isə avadanlıqların modernləşdirilməsi ilə istismar müddətinin 2036-cı ilədək uzadılması proqramı həyata keçirilməyə başlanıb. Ciddi qəza və ya qoruyucu sistemlərin zədələnməsi halında radioaktiv maddələrin ətraf mühitə yayılması, o cümlədən yerüstü və yeraltı suların çirklənməsi, potensial olaraq isə bu təsirlərin transsərhəd xarakter alması riski mövcuddur. Ona görə də Atom Elektrik Stansiyası birmənalı olaraq bağlanmalıdır. Söhbət nüvə reaktorundan gedir. Bu çox təhlükəlidir, böyük riskə malikdir. İstəyirik ki, onun bağlanması haqqında qərarlar COP17-də Biomüxtəliflik üzrə Konvensiyanın tərəfləri tərəfindən dəstəklənsin”.

Günay Elşən

Mənbə: apa.az

Xəbər Lenti