İran parlamentinin sədri Ermənistanın xarici işlər naziri ilə görüşüb

İran parlamentinin sədri Ermənistanın xarici işlər naziri ilə görüşüb

Tarix: 05 Oct 2026 20:43

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Qalibaf İranın Ermənistan da daxil olmaqla qonşu ölkələrlə münasibətlərin inkişafı və möhkəmləndirilməsi siyasətinə toxunub. O, İran və Ermənistan arasında strateji əməkdaşlıq müqaviləsinin tezliklə yekunlaşdırılacağına ümid etdiyini bildirib.

Qalibaf vurğulayıb ki, Qafqaz regiondankənar güclərin geosiyasi rəqabət meydanına çevrilməməlidir.

İran parlamentinin sədri Qafqazdakı proseslərdən danışaraq regionun hər zamankından daha çox sabitliyə və rəsmi sərhədlərin möhkəmləndirilməsinə ehtiyac duyduğunu deyib. Onun sözlərinə görə, regiondankənar güclərin müdaxiləsi təhlükəsizliyin pozulmasına səbəb ola bilər.

Qalibaf həmçinin iddia edib ki, ABŞ İranla hərbi qarşıdurmada məqsədlərinə nail olmayıb, siyasi müstəvidə isə öhdəliklərinə əməl etməməklə öz nüfuzuna zərər vurub.

Ararat Mirzoyan isə İran-Ermənistan münasibətlərinin dərinləşdirilməsinin, nəqliyyat, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın xarici işlər naziri bildirib ki, ölkəsi öz ərazisindən İrana qarşı hər hansı addım atılmasına imkan verməyəcək.

Mirzoyan region ölkələrinin sərhədlərinin dəyişməzliyi prinsipinin Ermənistan üçün mühüm olduğunu da qeyd edib.

Haşim Rahimi Qalibaf mirzoyan iran ermənistan

Mənbə: apa.az

Xəbər Lenti