Şirvanda avtomobil velosipedçini vurub

Şirvanda avtomobil velosipedçini vurub

Tarix: 09 Dec 2023 09:08

Şirvanda avtomobil velosipedçini vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin dəmir yolu vağzalının qarşısında baş verib. BMW markalı avtomobil velosipedlə hərəkətdə olan Şirvan sakini 1967-ci il təvəllüdlü Qorxmaz Ağasən oğlu Quliyevi vurub.

Velosipedçi ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti