Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 06 Oct 2026 23:39
Kriştiano Ronaldo Portuqaliya millisindəki gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadan ayrılmadığını və yığma karyerasını davam etdirmək niyyətində olduğunu bildirib.
Ronaldo daha əvvəl baş məşqçi Jorje Jezuşun qərarından sonra Portuqaliya millisinin düşərgəsini tərk etmişdi. Bu hadisə onun yığma karyerasını başa vuracağı ilə bağlı müzakirələrə səbəb olmuşdu. Jezuş isə son açıqlamasında Ronaldonun geri qayıtması üçün qapının açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur.
ApaSport RonaldoMənbə: apa.az