Çərşənbə, 7 Oktyabr, 2026
Tarix: 07 Oct 2026 13:47
2026-cı ildə kimya üzrə Nobel mükafatı laureatları kimlərdir?
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub.
APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Henri B. Kagan və Kenso Soai sözügedən sahə üzrə 2026-cı ilin laureatları elan ediliblər.
Onlar bu mükafata niyə layiq görülüblər?
Onlar bu mükafata asimmetrik üzvi sintezdə qeyri-xətti təsirlərin və avtokataliz hadisəsinin kəşfinə görə layiq görülüblər.
Yeni Nobelçilər haqqında qısa məlumat
Henri Boris Kagan 1930-cu ildə Fransada anadan olub. Paris-Sud Universitetinin fəxri professorudur. O, asimmetrik kataliz sahəsinin qabaqcıllarından biri hesab edilir və tədqiqatları əczaçılıq sənayesinə mühüm təsir göstərib. Kagan 1986-cı ildə asimmetrik katalizdə qeyri-xətti effektlərin ilk nümunələrini aşkar edib və bu prosesləri izah edən riyazi modellər hazırlayıb.
Kenso Soai isə 1950-ci ildə anadan olmuş yapon üzvi kimyaçıdır. Tokio Elm Universitetində fəaliyyət göstərib. O, asimmetrik və enantioselektiv sintez, asimmetrik avtokataliz və xirallığın mənşəyi üzrə tədqiqatları ilə tanınır. Alimin adını daşıyan Soai reaksiyası asimmetrik avtokatalizin ən məşhur nümunələrindən biridir.
2025-ci ildə kimya üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?
Xatırladaq ki, Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi kimya üzrə 2025-ci ilin laureatları elan edilib.
Nobel mükafatı sülh ədəbiyyat iqtisadiyyat fizika kimya tibbMənbə: apa.az