Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Tarix: 08 Oct 2026 13:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Günay Elşən ƏƏSMN əlillik Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi

Mənbə: apa.az

Xəbər Lenti