- , 22 Dekabr, 2024
Tarix: 27.06.2024 01:03
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəlib.
APA xəbər verir ki, gərgin şəraitdə keçən oyunda gürcülər qərbi avropalıları məğlub edib – 2:0.
Oyunun 2-ci dəqiqəsində Kvitsa Kvaratsxeliya hesabı açıb.
Görüşün 57-ci dəqiqəsində Corc Mikautadze 11 metrlik cərimə zərbəsindən komandasının ikinci, qarşılaşmanın sonuncu qolunu vurub.