- , 22 Dekabr, 2024
Tarix: 27.06.2024 01:27
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, F qrupunda III turun oyunlarından sonra pley-offda üz-üzə gələcək komandalar dəqiqləşib.
Avropa çempionatı 1/8 final cütləri
Almaniya - Danimarka Fransa - Belçika İsveçrə - İtaliya İspaniya - Gürcüstan Portuqaliya - Sloveniya Rumıniya - Niderland Avstriya - Türkiyə İngiltərə - Slovakiya
Qeyd edək ki, bu raundun qarşılaşmaları 29 iyun - 2 iyul aralığında olacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.