, 18 Yanvar, 2026
Tarix: 27 Jun 2024 14:13
Şərur rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosu xəbər verir ki, qəza Naxçıvan - Sədərək magistralında qeydə alınıb. Hadisə nəticəsində, yolu keçən piyada Şərur rayon Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb. Faktla bağlı araşdırma aparılır.