Hadruta köçürülmüş sakinlər arasında 100-dən artıq şəxsin məşğulluğu təmin edilib

Hadruta köçürülmüş sakinlər arasında 100-dən artıq şəxsin məşğulluğu təmin edilib

Tarix: 09 Oct 2026 10:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, həmin sakinlərdən artıq 108 şəxsin məşğulluğu təmin edilib.

"Həmçinin 3 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub. Hadrut qəsəbəsinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılır", - məlumatda qeyd edilib.

Günay Elşən ƏƏSMN Xocavənd Hadrut məşğulluq

Mənbə: apa.az

Xəbər Lenti