Cümə, 23 Oktyabr, 2026
Tarix: 09 Oct 2026 15:23
İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri davam edir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra Şuşa şəhərinə gəlib.
Səfər çərçivəsində qonaqlar Şuşada yeni inşa olunan yaşayış binaları, şəhərdə aparılan tikinti-quruculuq işləri və yeni məscidin tikintisi ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyətinin Şuşanın tarixi və görməli yerləri ilə tanış olması, şəhərin tarixi barədə ətraflı məlumat alması nəzərdə tutulur.
Elgün Gəncimsoy Bakı dialoqu İtkinlərlə bağlı IV Beynəlxalq Konfrans Şuşa




Mənbə: apa.az