Şənbə, 10 Oktyabr, 2026
Tarix: 09 Oct 2026 14:50
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Prokurorluq tərəfindən elan edilmiş sayca 28-ci müsabiqənin Dövlət İmtahan Mərkəzi ilə birgə 9 oktyabr tarixdə ilkin mərhələsi olan test imtahanı keçirilib.
İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda keçirilib və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Müsabiqə iştirak etmiş 325 nəfər namizəddən 70 və daha artıq bal toplamış 137 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.
İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.
Emin Şirvanzadə Prokurorluq orqanları qulluğa qəbul müsabiqə test imtahanı




Mənbə: apa.az