Sumqayıtda uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı araşdırma aparılır

Sumqayıtda uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı araşdırma aparılır

Tarix: 09 Oct 2026 18:23

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman reaksiyası ilə bağlı hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, sözügedən uşaqlar respirator virus infeksiyası səbəbi ilə hadisədən əvvəl xəstəxanada müalicə alıblar.

Gülcahan İmanqızı TƏBİB

Mənbə: apa.az

Xəbər Lenti