Şənbə, 10 Oktyabr, 2026
Tarix: 10 Oct 2026 15:29
Bakı Psixologiya Mərkəzi Dünya Psixi Sağlamlıq Günü münasibətilə iş mühitində psixoloji rifahın əhəmiyyətinə diqqət çəkən süni intellekt əsaslı videoçarx hazırlayıb.
APA xəbər verir ki, videoçarxda iş həyatında yaranan emosional gərginliyin yalnız fərdin özünə deyil, komanda üzvlərinə və onların şəxsi münasibətlərinə də təsiri vizual formada təqdim olunub. Psixoloji rifahın qorunmasının, əməkdaşların emosional vəziyyətinə həssas yanaşmağın komanda daxilində qarşılıqlı anlaşmaya və sağlam ünsiyyətə töhfəsi vurğulanıb.
Qeyd edək ki, Bakı Psixologiya Mərkəzi təşkilatlarda psixoloji rifahın gücləndirilməsi məqsədilə elmi əsaslı psixososial qiymətləndirmə və qurumların ehtiyaclarına uyğun inkişaf proqramları təklif edir. Mərkəz bu təşəbbüslə iş mühitində mental sağlamlığa diqqətin artırılmasına, sağlam ünsiyyətin təşviqinə və əməkdaşların psixoloji rifahının təşkilati dəyər kimi qəbul edilməsinə töhfə verməyi hədəf alır.
#Bakı #Psixologiya #işmühiti #psixolojirifahaMənbə: apa.az